Rusiyanın Saxalin vilayətində qonşunun itləri qadını parçalayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Jdehdevo kəndində baş verib.
Qeyd olunub ki, qəsəbədə cəmi iki nəfər yaşayır və orada telefon əlaqəsi yoxdur.
Müstəntiqlər 43 yaşlı qadının ölümü ilə bağlı cinayət işinin istintaqını davam etdirirlər. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin fevralın 12-də baş verdiyi bildirilir. Qadına evin yaxınlığında başqa bir kənd sakininin mülkündə saxlanılan itlər hücum edib. İtlər qadını dişləyərək, çoxsaylı xəsarətlər yetiriblər. Bir müddət sonra o, qan itkisindən dünyasını dəyişib.