Abşeron sakini Nail Babayev
25 iyun 2021 15:29 (UTC +04:00)

Abşeron sakini Nail Babayev

Qonaq getdiyi rayonda itkin düşən gənc tapıldı

Qaxda üç ay əvvəl itkin düşən Abşeron rayon sakini tapılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, itkin düşmüş hesab edilən Abşeron rayon sakini, 31 yaşlı Babayev Nail Tacik oğlu bu gün Bakı şəhərində tapılıb.

Qeyd edək ki, N. Babayev bu ilin mart ayında Abşeron rayonundan qonaq getdiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb qeri dönməmişdi. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmamışdı.

N. Babayeyin itkin düşməsi barədə ötən gün Qax rayon Polis Şöbəsində axtarış elan edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Oxşar yazılar