Qızı qaçırıb barışmağa gəldilər, qan töküldü  - 1 nəfər öldü, 22 nəfər yaralandı
21 avqust 2023 11:19 (UTC +04:00)

Qızı qaçırıb barışmağa gəldilər, qan töküldü - 1 nəfər öldü, 22 nəfər yaralandı

Qız qaçırılması səbəbiylə düşmən qohumların barışmaq üçün bir araya gəldiyi məclisdə qan tökülüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Silahlı və əlbəyaxa dava- dalaşda 22 nəfər yaralanıb, 18 yaşlı yeniyetmə ölüb.
Qız qaçırılması ilə  bağlı düşmənçilik edən qohumlar münaqişənin həlli üçün təşkil edilən sülh yeməyində bir araya gəlib. Şam yeməyi zamanı tərəflər arasında başlayan şifahi mübahisə dəyənək və silahla davaya çevrilib. Polis evlərdə axtarış zamanı çoxlu uzun lüləli silah tapıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3223

Oxşar yazılar