Qəbələdə gəlini qadın doğrayıbmış- YENİLƏNİB-2
06 mart 2022 18:38 (UTC +04:00)

Qəbələdə gəlini qadın doğrayıbmış- YENİLƏNİB-2

Qəbələ rayonunda qətl hadisəsi törədən şəxs tutulub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirib.

Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

13.55

Qəbələ rayonunda çoxsaylı bıçaq xəsarətləri ilə amansızlıqla qətlə yetirilən 1999-cu il təvəllüdlü Aytac Əliyevanın ailəli olduğu məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, naməlum şəxs 23 yaşlı qadının bədənini doğrayaraq bir neçə yerə bölüb, cəsədi selofan torbalara yığaraq Qəbələ şəhərinin Muxtar Abdıyev küçəsindəki yaşayış binasının giriş blokuna qoyub.

Ağsu rayon sakini olan Aytac Əliyevanın həyat yoldaşının hərbçi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 13.32

Qəbələ rayonunda qətl hadisəsi törədilib.

APA-nın yerli bürosunun xəbərinə görə 1999-cu il təvəllüdlü Aytac Əliyevanın meyiti binanın blokundan tapılıb.

Onun xüsusi işgəncə ilə öldürüldüyü bildirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 14265
avatar

Oxşar yazılar