İntihar edən Vüsal Musayev
07 yanvar 2021 12:00 (UTC +04:00)

İntihar edən Vüsal Musayev

Qazinin intiharı ilə bağlı cinayət işi başladı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 35 yaşlı Musayev Vüsal Eldar oğlunun dünən müalicə olunduğu xəstəxanada özünü asaraq intihar etməsi barədə Bakı hərbi Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirərək, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdırılaraq götürülüb və təxirəsalınmaz hərəkətlər icra edilib.

Fakt üzrə Bakı hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilərək, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2385
avatar

Mehman Nəbiyev

Oxşar yazılar