Qaxda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəzada Abşeron rayon sakinləri - 39 yaşlı Mehman Abdullayev, onun həyat yoldaşı 39 yaşlı Şəbnəm Abdullayeva, ailənin iki övladı, 12 yaşlı Abdulla İbrahim və 9 yaşlı Abdulla Ömər, həmçinin Qaxın Turaclı kənd sakinləri olan iki qardaş - 39 yaşlı Şəhlar Bəşirov və 37 yaşlı Yasin xəsarət alıblar.
12 yaşlı Abdulla İbrahim Qax RMX-da əməliyyat olunub. Mehman Abdullayev və digər övladı 9 yaşlı Abdulla Zaqatala xəstəxanasına göndəriliblər.