Qanunsuz su çəkən "Azərsu" əməkdaşına cinayət işi açıldı
10 avqust 2021 12:30 (UTC +04:00)

Qanunsuz su çəkən "Azərsu" əməkdaşına cinayət işi açıldı

"Azərsu" əməkdaşının qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində su təchizatı şəbəkəsinə qanunsuz qoşulma faktına dair “Azərsu” ASC-dən daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə qeyd edilən əraziyə baxış keçirilərək araşdırma aparılıb.

Aparılmış araşdırmalarla qeyd edilən ərazidə yerləşən 10 ədəd yaşayış evinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Bakıelektrikşəbəkə”yə məxsus 35kV-luq yarımstansiyanın önünüdə yeraltında mövcud su xəttinə qanunsuz qoşulmaları və bunu qanuniləşdirmək məqsədilə hər biri 268 manat olmaqla ümumilikdə 2 min 680 manat məbləğində pul vəsaitini Xəzər Sukanal İdərəsinin işçisi Hüseynov Elvin Şahgəldi oğluna vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanaraq, istintaqın aparılması İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Mehman Nəbiyev

Oxşar yazılar