Qadın  meyit çantasında   iki saat qaldıqdan sonra "dirildi"
17 iyul 2024 17:50 (UTC +04:00)

Qadın meyit çantasında iki saat qaldıqdan sonra "dirildi"

Öldüyü elan edilən amerikalı təqaüdçünün meyitxanaya aparıldıqdan sonra sağ olduğu ortaya çıxıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, 82 yaşlı Canet Balduççi gözlənilmədən yıxılaraq zədələndikdən sonra Nyu-York şəhərinin kənarındakı “Water's Edge Rehab and Nursing Center”ə
yerləşdirilib.

Balduççi ilk bir neçə ay özünü yaxşı hiss edib, lakin payızın sonunda onun vəziyyəti pisləşməyə başlayıb: iştahını itirib və xroniki yorğunluq yaranıb. Tbb bacısı Balduççinin huşsuz olduğunu və xarici stimullara reaksiya vermədiyini aşkar edbi. Qadın gecədən sağ çıxıb, lakin növbəti gün səhər saatlarında tibb bacısı nəbzini hiss edə bilməyib və Balduççinin öldüyü qənaətinə gəlib.

Təqaüdçü buradan aparılmağa hazırlanıb və cəsəd çantasına yerləşdirilib. Meyitxana işçiləri Balduççinin nəfəs aldığını və ürək döyüntüsünün olduğunu aşkar edəndə o, orada iki saat idi qalırmış. Qadın “dirildikdən” sonra təcili xəstəxanaya yerləşdirilib. Məlum olub ki, onun səhhətinin pisləşməsinə səbəb dərin damarların trombozu olub. Xəstəxanaya yerləşdirildikdən sonra qadın bir gündən az yaşayıb.

İndi Balduççinin oğulları qocalar evinin rəhbərliyini və işçilərini səhlənkarlıqda və sakinlərə etinasızlıqda ittiham edərək məhkəməyə müraciət ediblər. Onlar hesab edirlər ki, analarına vaxtında kömək edilsəydi, daha çox yaşayardı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar