Qadın cildinə girib sürücüləri belə qarət etdi - AZƏRBAYCANDA
10 may 2022 16:11 (UTC +04:00)

Qadın cildinə girib sürücüləri belə qarət etdi - AZƏRBAYCANDA

Xızıda sürücülərə qarşı qeyri-adi soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı rayon Polis Şöbəsinə müraciət edən bir nəfər Sitalçay kəndi ərazisində “Opel” markalı bir avtomobilin sürücüsü və sərnişinlərinin onu bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə məlumat verib.

Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də, sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, Anar Salahov qadın geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü dəyişərək, hərəkətdə olan avtomobilləri saxladıb. Daha sonra isə qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər.

Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.

Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adları sadalanan şəxslərdən zərər çəkmiş  şəxslər DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 226-54-54 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4024

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti  tapıldı

Azərbaycanlı qadının çürümüş meyiti tapıldı

20 avqust 2025 , 12:50
Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi  - Məhkəməlik oldu

Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu

20 avqust 2025 , 12:21