Prokurorun qatili nələr DANIŞDI:  “Sevgilisinin yanında mənə silah çəkdi”
05 sentyabr 2025 10:10 (UTC +04:00)

Prokurorun qatili nələr DANIŞDI: “Sevgilisinin yanında mənə silah çəkdi”

2

İstanbulda baş verən dəhşətin, Türkiyəli 58 yaşlı prokuror Ercan Kayhanın qətli ilə bağlı bəzi detallar məlum olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, prokurorun qatili 19 yaşlı Mustafa Can Gül bıçaqla öldürdüyü Kayahan barəsində bir çox həqiqətləri açıqlayıb.

Onun sözlərinə görə, hadisənin baş verdiyi restoran əslində prokurorun imiş. Sənədlər onun ailəsinin adınadır.  Gül deyib ki, Kayhanı 10 ildir tanıyır və həmin yerdə ofisiant köməkçisi kimi çalışıb. Onun sözlərinə görə, Kayhan və Bilal Bilgin restoranı birlikdə idarə edirdi. Gül, “Kayhan dəfələrlə məni döyüb, hətta sevgilisinin yanında silah çəkib. İki il əvvəl haqqımı tam istədiyimdə mübahisə düşdü və məni işdən çıxardı” – deyə bildirib.

Gülün sözlərinə görə, restoran sahibindən təxminən 150 min TL alacağı qalıb. Hadisə günü də bu pulu almaq üçün restorana getdiyini deyib:

“İçəri girdiyimdə əvvəlcə Bilal Bilginlə danışdım. Sonra Ercan Kayhan gəldi, məni itələdi. Aramızda mübahisə, daha sonra dava başladı. Masadakı bıçağa hər ikimiz uzandıq, sonunda mənim əlimə keçdi. Əvvəlcə qarına tərəf vurdum, dəymədi. Çölə çıxdığımızda özümü müdafiə instinkti ilə bıçağı boynuna sapladım. O yıxıldıqda isə panik içində boğazını kəsdim”.

Qatilin anası Huriyə Gülün ifadəsi də maraqlıdır:

“Prokuror oğlumu təxminən 7-8 ildir tanıyırdı. Onu öz iş yerində işlətmək üçün götürdü və təqribən 6 il yanında saxladı. Oğlumu öz övladı kimi böyüdürdü, hər yerə birlikdə gedirdilər. Hətta məhkəməyə gedəndə belə oğlum onun əşyalarını daşıyırdı. Mercedes maşınını da oğluma verirdi, oğlum dəfələrlə o Mercedeslə məhəlləyə gedib-gəldi, halbuki sürücülük vəsiqəsi yox idi.

Oğlumun işdən niyə çıxarıldığını bilmirik. Təxminən 1,5 il əvvəl işdən çıxarıldı. Oğlum 8 ay əvvəl isə iş yerinin şüşələrini sındırmışdı. Şüşələrin 7 min TL-lik ziyanını atası ödəyib. Buna görə üç ay həbs yatdı. Şüşələri sındırmasının səbəbi isə təzminatını və maaşını ala bilməməsi idi. İşdən çıxdıqdan sonra fərqli işlərdə işləməyə başladı, amma hər dəfə prokuror tərəfindən işdən çıxarıldı. Ən son bir marketdə işə girdi, oradan da çıxarıldı. Təxminən 1 il əvvəl yanacaqdoldurma məntəqəsində işlədiyi dövrdə isə prokuror, oğlumu beş əsgərə döydürmüşdü.”

 

***

4 sentyabr

Saat 14:33

 

Yemək yediyi restoranda boğazından aldığı bıçaq zərbəsi nəticəsində həyatını itirən prokuror Ercan Kayhan, qatili Mustafa Can Gülə daha əvvəl yaxşılıq edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Ercan Kaya Mustafa Can Gülü liseyə qeydiyyatdan keçirib və ona narkotikdən istifadə etməməsi barədə nəsihət verib.

Bu barədə Ercan Kayhanın ailə vəkili məlumat verib.

Ailə vəkili həmçinin qeyd edib ki, Mustafa Can Gül hadisəni törətdiyi restoranda işləmək istəyib, lakin iş yeri sahibi tərəfindən işə qəbul edilməyib.

***

09:37

İstanbul Ədliyyə Sarayında çalışan Cumhuriyyət Prokuroru Ercan Kayhan, axşam yemək yediyi restoranda bıçaqlı hücuma məruz qalıb.

Lent.az xəbər verir ki, boğazından bıçaqlanan prokuror hadisə yerində həyatını itirib. Hücum edən şəxsin 19 yaşlı Mustafa Can Gül olduğu və prokuror Ercan Kayhan ilə əvvəldən ədavəti olduğu öyrənilib.

Şübhəli Mustafa Can Gül isə polis qrupları tərəfindən hadisə yerində saxlanılıb.

Şübhəli Mustafa Can Gül ilə qətlə yetirilən Ercan Kayhanın əvvəllər birlikdə çəkildikləri bir fotoşəkil üzə çıxıb.

Son dakika... Cumhuriyet Savcısı Ercan Kayhan, bıçaklı saldırıda hayatını kaybetti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 4154

Oxşar yazılar