Adəm Məmmədov həbsdən buraxıldı
05 sentyabr 2025 11:38 (UTC +04:00)

Adəm Məmmədov həbsdən buraxıldı

0

Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə onun vəkili İmran Ələkbərov məlumat verib.

Adəm Məmmədovun həbs müddəti başa çatdığı üçün o, bu gün 9 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.

Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı.

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin ötən ay keçirilən iclasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar