Polisə tabe olmadan Kəlbəcərə girmək istəyənlər  saxlanıldı
10 iyul 2024 10:51 (UTC +04:00)

Polisə tabe olmadan Kəlbəcərə girmək istəyənlər saxlanıldı

Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar. 

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Toplanmış material qərar verilməsi məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Oxşar yazılar