Piyadanı vurub öldürən QAZİ 5 İL MÜDDƏTİNƏ HƏBS EDİLDİ
31 mart 2022 18:51 (UTC +04:00)

Piyadanı vurub öldürən QAZİ 5 İL MÜDDƏTİNƏ HƏBS EDİLDİ

Bakıda piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Vətən müharibəsi iştirakçısına hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı vurub öldürməsi ilə bağlı təqsirləndirilən Vətən Müharibəsi qazisi Cəfərli Süleyman Yusif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, S.Cəfərli 5 il müddətin azadlıqdan məhrum olunub. Məhkəmənin qərarı ilə cəza şərti hesab edilib. 

Qeyd edək ki, Y. Cəfərli idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Əlirza Babazadəni vurub. Ə.Babazadə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. 

Xatırladaq ki, sürücü S.Cəfərli Vətən müharibəsi qazisidir, sol ayağından xəsarət alıb və 3-cü qrup əlildir. Avtomobili idarə edərkən ayağından ağrılar başladığı üçün idarəetməni itirib. S.Cəfərli Füzulinin və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950

Oxşar yazılar