Peterburqdan Bakıya uçan təyyarə yerə ÇIRPILDI : 134 nəfər... TARİX - QƏZANIN SXEMİ
10 iyun 2022 00:45 (UTC +04:00)

Peterburqdan Bakıya uçan təyyarə yerə ÇIRPILDI: 134 nəfər... TARİX - QƏZANIN SXEMİ

AZƏRBAYCANLA BAĞLI AVİAQƏZALAR SERİYASINDAN NÖVBƏTİ YAZI

Tarix 19 may 1978-ci il. 10.30-da Peterburqun Pulkovo aeroportundan qalxan Tu-154 Bakıya doğru start götürür.

Lent.az xəbər verir ki, saat 13.18-də pilot həyəcan siqnalı ilə Moskvadakı dispetçeri xəbərdar edir: 9600 metr yüksəklikdə hər 3 mühərrik eyni anda dayanıb, akkumulyatorlar sürətlə boşalır, şturval güclə idarə olunur.  

Bundan sonra hər şey saniyələr içində cərəyan edir. 3 saniyə sonra 2 mühərriki işə salmaq mümkün olsa da, temperatur yüksək olduğundan böyük dövrdə işləyir. Təyyarə sıçrayışla irəli artılır vəı sürət artır.

Komissiya sonradan müəyyən edib ki, əsas çəndə 10 ton yanacaq olsa da, sərfiyyat çəni qəflətən boşalıb. Səbəb yanacaq kranlarının səhvən bağlanmasıdır. Bu sonra baş verəcək, qayıdaq qəza baş verən təyyarəyə.

Ehtiyat aerodroma 65 km qaldığı üçün heyət açıq sahəyə enməyə qərar verir. Təyyarənin enəcəyi sahənin kənarı meşə zolağı idi. Qəza xəbərdarlıq sistemi şassini avtomatik olaraq açmışdı. Təkərlər yerə ilk dəfə toxunduqdan 150 metr sonra maşın havaya qalxır, bu vəziyyətdə 300 metr qət edərək meşədəki ağacları qırır. Sonra isə təyyarə ilk qaxdığı yerdən 800 metr məsafədə təkrar yerə çırpılaraq dağılır, detallar ətrafa səpələnir.  3 yerə bölünən füzelyajın bir hissəsi 1.5 km məsafədə tapılır. Hava gəmisində qəfil alışma baş verir. Ekipaj dərhal xilasetmə işlərinə başlayır. Sərnişinlərin kəmər taxması faciənin miqyasının kiçilməsinə yardım edir. 
Ümumilikdə 126 sərnişin və 8 ekipaj üzvü arasında cəmi 4 nəfər dünyasını dəyişir. Onlardan ikisi yanır, biri kreslo qarışıq zərbə ilə daşa çırpılır, biri tüstündən zəhərlənir. 

Qəza zamanı təyyarədə olan 2 Əlcəzair vətəndaşı xəsarət almadan qurtulur.

Komissiyanın rəyinə görə, qəzaya ekipajın xətası, texnikanın imtinası və konstruksiyadakı qüsur səbəb olub. Tu-154-ün əsas çəni böyük olsa da, sərfiyyat çəninin həcmi azdır və cəmi 20 dəqiqə uçuşa kifayət edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5937

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15