Universitetdə terror
20 sentyabr 2021 15:17 (UTC +04:00)

Universitetdə terror

Perm mühasirədə, yaralılar artır - O şəhərdən Lent.az-a nələr danışdılar

"Rusiyanın hüquq-mühafizə orqanları terror törədilən Perm şəhərini tam nəzarətə götürüb".

Bu barədə Lent.az-a Rusiyanın Perm vilayətindəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

O qeyd edib ki, prezident Vladimir Putinin göstərişi ilə hüquq-mühafizə orqanları şəhəri tam nəzarətə alıb: “Hazırda şəhər ərazisindəki bütün məktəblər, təhsil ocaqları və yollar bağlanıb. Yaralıların sayı get-gedə artır. Ölənlər arasında azərbaycanlı yoxdur. Yaralılar arasında azərbaycanlı soyadına bənzər iki nəfər var. Amma onların azərbaycanlı olub-olmaması dəqiq bilinmir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Perm vilayətində yerləşən Perm Dövlət Universitetində silahlı insident olub. Atışma zamanı tələbələr xilas olmaq üçün özlərini pəncərədən aşağı atıblar. Hadisə zamanı 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5409
avatar

Mehman Nəbiyev

Oxşar yazılar