Hava Limanında tapılan briliant
09 aprel 2021 14:18 (UTC +04:00)

Hava Limanında tapılan briliant

Peçenye paketinin içindən yarım kiloya yaxın brilyant çıxdı - FOTO

Külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib. Daha sonra vətəndaş yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çamadanda olan "Tiffany Glucose" peçenye paketlərinin içərisində, ümumilikdə 10 ədəd sellofan bükümdə müxtəlif ölçülü 441 qram brilyant qaşlar aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilyant qaşların ümumi kütləsi 2171 karat, orta qiyməti, təxminən 224 min manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

# 2718
avatar

Mehman Nəbiyev

Oxşar yazılar