Partlayışda yaralanan polislərin SON DURUMU  açıqlandı
06 avqust 2021 10:45 (UTC +04:00)

Partlayışda yaralanan polislərin SON DURUMU açıqlandı

Bakıda keçirilən əməliyyat zamanı yaralanan polis əməkdaşlarının vəziyyəti açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, yaralanan polis əməkdaşlarının müalicəsi hazırda davam etdirilir. Onun sözlərinə görə, yaralıların vəziyyəti nisbətən yaxşıdır.

Qeyd edək ki, iyulun 27-də Badamdar qəsəbəsində yerləşən maşın bazarında axtarışda olan şəxs əməliyyat zamanı özünü qumbara ilə partladıb. Nəticədə 4 polis əməkdaşı yaralanıb.

Ötən gün yaralanan polislərdən biri, Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Dünyasını dəyişən polis kapitanı Elçin Səfərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6714
avatar

Mehman Nəbiyev

Oxşar yazılar