ABŞ-ın Luiziana ştatında paltaryuma məntəqəsində paltarların arasından yeni doğulmuş körpə cəsədi tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Şivportdakı “Alsco Uniforms” şirkətində baş verib.
Polis araşdırma aparıb və yataq dəstinin Dallasdakı dəfn evindən gəldiyini müəyyən edib. Kimyəvi təmizləyicilər tərəfindən tapılan körpə isə mayın 3-də dünyasını dəyişib. Onun dəfn mərasimi mayın 17-nə təyin edilmişdi. Cəsədin kremasiyaya göndərilməsi nəzərdə tutulsa da, onun əvəzinə bir yük paltarı ilə birlikdə Şivporta aparılıb.
Bir detektiv uşağın cəsədinin mumiyalanmış olduğunu və kəskin formaldehid iyinin gəldiyini söyləyib. Hüquq-mühafizə orqanları hadisənin dəfn evinin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini ehtimal edir.