Saatlıda karantin rejimi pozulan toy
10 avqust 2021 09:14 (UTC +04:00)

Saatlıda karantin rejimi pozulan toy

"Palatka" toylarında qaydalar pozuldu - FOTO

Saatlıda karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd, Məzrəli, Potubəyli və Qara Nuru kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Mehman Nəbiyev

Oxşar yazılar