Rusiyanın Kalininqrad vilayətində yeniyetmə qız onuncu mərtəbədən yıxılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə iyunun 8-də, saat 18 radələrində baş verib. Ağır xəsarət alan qızın dözülməz ağrıları qıcolmalara səbəb olub.
Zərərçəkmiş onuncu mərtəbədən yıxıldığını söyləyə bilib. Hadisənin şahidi ona hərəkət etməyi qadağan edib və təcili yardım çağırıb. Həkimlər gələndən az sonra qızın valideynləri şoka düşərək hadisə yerinə qaçıblar.
Sonradan məlum olub ki, 17 yaşlı qızın çoxsaylı sınıqları, daxili orqanlarının zədələnməsi və kəllə-beyin travması var. O, hazırda Kalininqrad xəstəxanasında reanimasiyadadır.