Oğlu itkin düşən ata intihar etdi - YENİLƏNİB
05 aprel 2021 17:38 (UTC +04:00)

Oğlu itkin düşən ata intihar etdi - YENİLƏNİB

Sabirabad sakininin Kürdə batması ilə bağlı bir sıra təfərrüat məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Əsədli kənd sakini İsfəndiyar Abbasov bu gün saat 12 radələrində Cavad kəndində Kür çayı üzərindəki körpüdən özünü ataraq həyatına son qoyub.

Bildirilir ki, o, Kür çayının körpüsünə gələrək boğazına dəmir parçası bağlayıb və özünü çaya atıb. Avtomobilində onun intiharı barədə məktub tapılıb.

Mərhumun musiqiçi olan oğlu Ziyad Abbasov isə keçən il evdən çıxaraq bir daha geri qayıtmayıb. Abbasovlar ailəsi oğlunu tapmaq üçün dəfələrlə telekanallarda iştirak etsələr də, ondan bir xəbər ala bilməyiblər. 

FHN əməkdaşlarının axtarış tədbirləri nəticəsində İ.Abbasovun meyiti tapılaraq, ailəsinə təhvil verilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

***

Saat: 13:16

Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəxsiyyəti naməlum olan adamın tapılması üçün dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Sabirabadda intihar hadisəsi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4290
avatar

Mehman Nəbiyev

Oxşar yazılar