Fevralın 12-də Salyan rayon ərazisindəki evlərin birindən 5700 manat pul, 1000 dollar və qızıl üzük oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibinin oğlu, əvvəllər məhkum olunmuş R.Qəfərov və qohumu, Salyan şəhər sakini T.Əmirova saxlanılıblar.
Araşdırma aparılır.