Ödəmə terminalından oğurluq etmək istəyənlər tutuldu
25 mart 2021 13:00 (UTC +04:00)

Ödəmə terminalından oğurluq etmək istəyənlər tutuldu

Sumqayıtda ödəmə terminalından oğurluq etmək istəyən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, ötən gün Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Oxşar yazılar