Nyu-York merinin azərbaycanlı müşavirinə mənimsəmə İTTİHAMI
04 aprel 2024 15:43 (UTC +04:00)

Nyu-York merinin azərbaycanlı müşavirinə mənimsəmə İTTİHAMI

ABŞ-ın Nyu-York şəhər meri Erik Adamsın baş müşaviri, meriyanın beynəlxalq əlaqələr üzrə rəhbəri azərbaycanlı Rəna Abbasova mənimsəmədə ittiham olunur.

Lent.az xəbər verir ki, bu barədə “Nyu-York Post” saytı məlumat yayıb. Məlumata görə, ABŞ-ın Federal Təhlükəsiz Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində R. Abbasova məzuniyyətə buraxılıb və vəzifəsindən kənarlaşdırılıb. Onun mənimsəmədə ittiham olunduğu qeyd olunur. Xanım vəzifəlinin seçki kampaniyası zamanı ayrılan vəsaiti mənimsədiyi bildirilir.

Qeyd edək ki, R. Abbasova Nyu-York merinin baş müşaviri vəzifəsinə ötən il təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3723
avatar

Oxşar yazılar