Novxanıda FACİƏ:  2 nəfər dənizdə batdı - YENİLƏNİB
28 iyul 2025 09:51 (UTC +04:00)

Novxanıda FACİƏ: 2 nəfər dənizdə batdı - YENİLƏNİB

Novxanıda Əliyev Rəvan Şahin oğlu və Cabbarov Əli Elşən oğlunun çimərlikdə batması faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

***

27 iyul, saat 20:51

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

Xəzər dənizinin Sumqayıt sahilində faciəvi hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakıdan Sumqayıt çimərliyinə gələn 15 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.

Onlara kömək etmək istəyən şəxs yeniyetmələrdən birini xilas edə bilsə də, digərinə kömək etmək istəyən zaman onunla birlikdə boğulub.

2009-cu il təvəllüdlü Cabbarov Əli və ona yardım etməyə çalışan şəxs - 2002-ci il təvəllüdlü Arif Əsədullayev Dövlət Sərhəd Xidmətində (DSX) baş çavuş imiş.

O, suda batan 16 yaşlı yeniyetmə Əli Cabbarovu xilas etmək istəyərkən boğulub.

A.Əsədullayevin hərbi xidmətdən məzuniyyətə gəldiyi bildirilib.

Hazırda axtarışlar davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908

Oxşar yazılar