Bəraət alan "NİDA"çılar
19 noyabr 2021 15:56 (UTC +04:00)

Bəraət alan "NİDA"çılar

"NİDA"çılara bəraət verildi: 188 min TƏZMİNAT

Noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işinə baxılıb.

Lent.az-ın məlumatına görə, Ali Məhkəmənin qərarına əsasən, onların barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsi də qərarda əksini tapıb.

Qeyd edək ki, “NİDA” Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü ildə həbs olunublar.
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı və Rəşadət Axundov 8 il , Rəşad Həsənov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Prezident İlham Əliyev imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Oxşar yazılar

Aşura günü qaydaları pozan sərxoş sürücülər tutuldu

Aşura günü qaydaları pozan sərxoş sürücülər tutuldu

21 iyul 2024 , 21:06
Bu ölkədə bir gündə 40 nəfər  suda batdı:   İkisi uşaqdır

Bu ölkədə bir gündə 40 nəfər suda batdı: İkisi uşaqdır

21 iyul 2024 , 19:25
Keçmiş nazir təcridxanada intihara cəhd etdi

Keçmiş nazir təcridxanada intihara cəhd etdi

21 iyul 2024 , 19:13
Bakıda “Abşeron” ticarət mərkəzində yanğın oldu

Bakıda “Abşeron” ticarət mərkəzində yanğın oldu

21 iyul 2024 , 18:46
92 yaşlı kişi faciəli şəkildə öldü

92 yaşlı kişi faciəli şəkildə öldü

21 iyul 2024 , 17:39
Cəlilabadda ev belə kül oldu-FOTO

Cəlilabadda ev belə kül oldu-FOTO

21 iyul 2024 , 17:19
Mənzildə kişi meyiti tapıldı

Mənzildə kişi meyiti tapıldı

21 iyul 2024 , 17:11
Ermənilər Kəlbəcəri atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

21 iyul 2024 , 09:27