Neft Emalı Zavodunda baş verən yanğın SÖNDÜRÜLDÜ  - VİDEO  - YENİLƏNİB
05 mart 2025 11:48 (UTC +04:00)

Neft Emalı Zavodunda baş verən yanğın SÖNDÜRÜLDÜ - VİDEO - YENİLƏNİB

Baş nazir Əli Əsədov da yanğın baş vermiş əraziyə gəlib.

***

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

***
11:31

Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-dən Lent.az-a bilıdirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

11:23

Bakıda Neft Emalı Zavodunda yanğının söndürülməsi işləri davam edir.

Lent.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gəlib.

***
10:14

Qeyd edək ki, bu gün səhər Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Bakının Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, dail olan məlumatdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
 
Polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3652

Oxşar yazılar