Nə sənədləri var, nə də maşınların nömrələri: SÜRÜCÜLƏR KİMƏ GÜVƏNİR?  - FOTO
08 avqust 2022 11:15 (UTC +04:00)

Nə sənədləri var, nə də maşınların nömrələri: SÜRÜCÜLƏR KİMƏ GÜVƏNİR? - FOTO

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobili sürücüləri saxlanılıb.

Baş Dövlət Yol Polisi idarəsindən Lent.az-a verilən məlumata görə, “Kamaz” markalı 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919  dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu İdarə etdikləri yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən tutulub.

Araşdırma zamanı, həmçinin, sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı müəyyən edilib.

Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq tədbirlər görülüb.

 

 

# 1893
avatar

Mehman Nəbiyev

Oxşar yazılar