Bu gün axşam saatlarında Naxçıvan-Şahbuz magistral yolunda avtomobil qoyun sürüsünə çırpılıb.
Lent.az xəbər verir ki, hadisə magistral yolun Vayxır kəndi ərazisindən keçən hissəsində baş verib.
Ə.Əliyevin idarə etdiyi "NAZ-Lifan" markalı avtomobil hərəkətdə olarakən sürüyə çırpılıb. Nəticədə 20-dən artıq qoyun tələf olub, avtomobillə ciddi ziyan dəyib.
İlkin məlumata görə, sürücü yola sürünün çıxması nəticəsində idarə etməni itirib və nəticədə sürüyə çırpılıb.
Naxçıvanda maşın qoyun sürüsünə çırpıldı: 20-si öldü
0
0
0
0