Naxçıvanda ölümlə nəticələnən ağır qəza olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə mayın 3-ü saat 15 radələrində Şərur rayonu ərazisində qeydə alınıb.
Rayon sakinləri B.İsmayılovun idarə etdiyi “Mercedes” və M.Məmmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədovun maşınında olan sərnişin Nurgül Bağırova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Şərur rayon Polis İdarəsində araşdırma aparılır.