Narkotikə görə saxlanılan azərbaycanlı bu ölkədən  deportasiya olundu
12 mart 2024 19:49 (UTC +04:00)

Narkotikə görə saxlanılan azərbaycanlı bu ölkədən deportasiya olundu

Rusiyanın Kostroma şəhərində polis iki əcnəbini deportasiya edib. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Belarus və Azərbaycan vətəndaşları qanunu pozaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluqla bağlı cinayətlər törədiblər.

Əvvəlcə miqrantlar onlara təyin olunan cəzalarını çəkiblər. Daha sonra hüquqi məsələləri həll etmək üçün xarici vətəndaşlar üçün müvəqqəti saxlama məntəqəsinə yerləşdiriliblər.

“Bütün lazımi prosedurları yerinə yetirdikdən sonra miqrasiya idarəsinin əməkdaşları deportasiya olunan şəxsləri paytaxt hava limanlarından birindəki sərhəd-keçid məntəqəsinə aparıb, oradan isə həmin şəxslər vətənlərinə qaytarılıblar. Yaxın 5 ildə onların Rusiyaya girişi bağlanıb”, - hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

# 2778
avatar

Oxşar yazılar