Narkotik və bıçağı oğlunun pampersində gizlətdi
09 iyun 2023 17:54 (UTC +04:00)

Narkotik və bıçağı oğlunun pampersində gizlətdi

Almaniyanın Valdsassen şəhərində polis 23 yaşlı oğlanı saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, sərhəd polisləri onun avtomobilinə baxış keçiriblər. Bu zaman maşının saxlanc hissəsində bir kəpənək bıçağı tapıblar.

Bundan əlavə, onun iki yaşlı oğluna məxsus pampersin içərisindən 3 büküm narkotik və bıçaq aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bıçağı və narkotik vasitələri götürüblər. Gənc həbs edilib və barəsində cinayət işi başlanıb.

# 1275
avatar

Oxşar yazılar