Mustafa Cecəlinin Bakı konsertinə POLİS BASQINI  - VİDEO
07 iyun 2021 13:55 (UTC +04:00)

Mustafa Cecəlinin Bakı konsertinə POLİS BASQINI - VİDEO

Mustafa Cecəlinin Bakıdakı konsertinin qarşısı alınıb.
 
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin konsert açıq məkanda keçirilib: "Polis əməkdaşları orada sosial məsafənin qorunmamasını müşahidə etdikdən sonra konsertin qarşısı alınıb. Karantin qaydalarını pozan iştirakçıların heç biri cərimə olunmayıb, sadəcə onlara xəbərdarlıq olunub".

Xatırladaq ki, iyunun 5-də "İstanbul Meyhanə Bilgəh" restoranında müğənni Nuri Sərinləndirici, Jane Şirokihli və məşhur türkiyəli müğənni Mustafa Cecəlinin konserti keçirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdən belə məlum olub ki, konsertdə karantin qaydaları kobud şəkildə pozulub.

Qeyd edək ki, türkiyəli müğənni Bakıdakı konsertinin çox uğurlu keçdiyi barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. O, "Səhnə üçün darıxmışıq. İnşAllah Türkiyədə də bu cür görüntülərlə ən qısa zamanda qovuşarıq və konsertlər yenidən başlayar. Bakıda bizi çox gözəl qarşıladılar, bizimlə birgə hər ağızdan mahnı səsləyənlərə minnətdaram" - deyə, paylaşımında bildirib.

Mustafa Cecelinin Bakıdakı konserti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18786
avatar

Mehman Nəbiyev

Oxşar yazılar