Minik avtomobili aşdı – 3 YARALI   -FOTO
18 sentyabr 2023 00:16 (UTC +04:00)

Minik avtomobili aşdı – 3 YARALI  -FOTO

Gəncədə yol- nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin girişində Gəncə Qapılarının yaxınlığında  qeydə alınıb. Hərəkətdə olan  "VAZ-21015" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Ramin Məmmədov, sərnişinlər - Kürdəmir rayon sakini 1966-ci il təvəllüdlü Vəfa Seyidova və Ağdaş rayon sakini 1985-ci il təvəllüdlü Elşad Nəbiyevdir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2085

Oxşar yazılar