"Mercedes"lə vurulan velosipedçi öldü
24 avqust 2021 18:56 (UTC +04:00)

"Mercedes"lə vurulan velosipedçi öldü

Zərdabda avtomobil velosipedçini vurub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avqustun 22-də saat 22 radələrində Zərdab şəhəri ərazisində Ağcabədi rayon sakini G.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu velosipedlə keçən rayon sakini Rüfət Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R.Məmmədov orada ölüb.

Hadisə ilə bağlı Zərdab rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar