Mayın 16-da saat 21 radələrində Ağdaş rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə zamanı 32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasına dəyib, daha sonra isə yük avtomobili ilə toqquşub.
Nəticədə M. Atəddinov hadisə yerində ölüb, sərnişinləri 53 yaşlı Əflatun Şirinov, 59 yaşlı Şöhrət Şirinov, 36 yaşlı Elvin Şirinov, 16 yaşlı Ömər Musayev və at arabasında olan 54 yaşı Məqsəd Həmidov yaralanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.