Maşın çaya düşdü - ölən və xəsarət alan var  - YENİLƏNİB - FOTO
25 iyun 2022 23:55 (UTC +04:00)

Maşın çaya düşdü - ölən və xəsarət alan var - YENİLƏNİB - FOTO

Daşkəsəndə çaya düşən avtomobil çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın hadisə yerində olan müxbiri məlumat verib. 
 

***

20.35

Daşkəsəndə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Qoşqar çayının üzərindəki körpüdən aşıb. 

Qəza zamanı 27 yaşlı Ruslan Cabbarov və 32 yaşlı Rövşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bir nəfər hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

# 3795
avatar

Oxşar yazılar