Mağazanın qadın sahibini dəfələrlə atəş açaraq  öldürdü
21 avqust 2023 14:48 (UTC +04:00)

Mağazanın qadın sahibini dəfələrlə atəş açaraq öldürdü

Əmisi oğlunun sığındığı mağazaya ov tüfəngi ilə atəş açan şəxs market sahibi olan qadını öldürüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Pamukkale rayonunda parkda görüşən və qız məsələsinə görə dava edən iki əmi oğlundan biri qaçaraq parkın qarşısındakı marketə sığınıb. Onu ov tüfəngi ilə izləyən Yusuf S. Həsən S.-yə və market sahibi 28 yaşlı Mervə Acara dəfələrlə atəş açıb. Həsən S. və Merve Acar yaralanıb. Hadisə ilə heç bir əlaqəsi olmayan Merve Acar aparıldığı xəstəxanada ölüb.

Yusuf S. saxlanılıb, fakt araşdırılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2735

Oxşar yazılar