Londona uçan təyyarə Bakıya məcburi eniş etdi
03 fevral 2025 20:20 (UTC +04:00)

Londona uçan təyyarə Bakıya məcburi eniş etdi

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Lent.az xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Heydər Əliyev Beynəlxalq Aeroportundan, “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.

Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar