Lənkəranda antibiotik iynəsi vurduran  operator öldü
12 aprel 2025 21:24 (UTC +04:00)

Lənkəranda antibiotik iynəsi vurduran operator öldü

Lənkəran rayonunun Viyən kəndində antibiotik iynəsi vurulan şəxs dünyasını dəyişib.

Lent.az APA-ya istinadən xəbər verir ki, 32 yaşlı kənd sakini İmran İqbal oğlu Məmmədov yüksək hərarət səbəbilə ev şəraitində müalicə olunub.

Yaxınlarının bildirdiyinə görə, qonşulardan biri ona antibiotik iynəsi vurub. İynədən sonra İ.Məmmədovun vəziyyəti qəfil pisləşib və dərhal təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn həkim briqadası onun artıq dünyasını dəyişdiyini müəyyən edib. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Mərhumun cəsədi ölüm səbəbinin müəyyən olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator kimi çalışıb. Kanal ilə müqaviləsi başa çatdıqdan sonra o, əsasən toylarda çəkiliş fəaliyyəti ilə məşğul olurdu. Bildirilir ki, bu gün də o, şadlıq saraylarının birində toy məclisini çəkəcəkdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884

Oxşar yazılar