Siz tualet və əl-üz yuyulanı mütəmadi təmizləyirsiniz, amma evinizdə ən çox çirklənən yer — işıq düyməsidir! Onun səthində ailə üzvlərinin əllərindən keçən bakteriyalarla yanaşı, qida hissəcikləri və toz da toplanır.
Lent.az Evin ən çirkli yerləri ilə bağlı məlumat verir:
İşıq düymələrini hər gün spirtli salfetlə və ya hidrogen peroksidlə isladılmış pambıq disklə silin. Texnika pultlarını da unutmayın — onlar da bakteriyaların əsas mənbəyidir.
Pultları açın, batareyaları çıxarın və düymələri diqqətlə spirtə batırılmış pambıq çubuqla silin.
Şkaf və qapı dəstəklərini də unutmayın — onları hər axşam sabunla yumaq lazımdır. Vannadakı rezin xalçaları da yoxlayın: onların altında tez-tez qara kif yaranır.
Xalçaları xlor məhluluna (1 hissə xlor, 10 hissə su) qoyaraq 1 saat saxlayın, sonra günəş altında qurudun.
Və unutmayın: yeni diş fırçası belə təhlükə mənbəyinə çevrilə bilər, əgər tualetin yaxınlığında stəkanda saxlanılırsa — tualet suyu çəkiləndə bakteriyalar 2 metr məsafəyə qədər yayıla bilər.
Diş fırçasını qapalı şkafda saxlayın!