Gömrükdə aşkarlanan pullar
30 noyabr 2021 16:17 (UTC +04:00)

Gömrükdə aşkarlanan pullar

Külli miqdarda dolları İrana apara bilmədi

Astara gömrük postunda ölkəmizdən İrana gedən həmin ölkə vətəndaşının idarə etdiyi "Jack" markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman ixrac yoxlama xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının çöl hissəsində və dartıcı ilə qoşqunun arasında yerləşən havalandırma borusunun içərisində gömrük nəzarətindən gizlədilən 22 260 dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1647
avatar

Mehman Nəbiyev

Oxşar yazılar