Kənd Təsərrüfatı Nazirliyində ƏMƏLİYYAT:  saxlanılanlar var
03 aprel 2025 11:03 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyində ƏMƏLİYYAT: saxlanılanlar var

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3076

Oxşar yazılar

Bakıda FACİƏ:  məktəbli qız hamamda boğulub öldü

Bakıda FACİƏ: məktəbli qız hamamda boğulub öldü

9 aprel 2025 , 19:46
Azərbaycanlı qadının obyektləri söküldü

Azərbaycanlı qadının obyektləri söküldü

9 aprel 2025 , 18:44
Masallıda ƏMƏLİYYAT:  19 kilo narkotik ələ keçirildi

Masallıda ƏMƏLİYYAT: 19 kilo narkotik ələ keçirildi

9 aprel 2025 , 17:53
Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

9 aprel 2025 , 17:50
Telman İsmayılov necə müflis oldu?  - Kadırov izi...

Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...

9 aprel 2025 , 17:08
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

9 aprel 2025 , 16:12
Bakıda tikintidən 20 minlik armatur  oğurlandı

Bakıda tikintidən 20 minlik armatur oğurlandı

9 aprel 2025 , 15:34
Bakıda palçıq vulkanı  püskürdü

Bakıda palçıq vulkanı püskürdü

9 aprel 2025 , 13:21