Kənd sakinlərindən odlu silahlar götürüldü - FOTO
08 iyun 2023 10:03 (UTC +04:00)

Kənd sakinlərindən odlu silahlar götürüldü - FOTO

Zərdabda kənd sakinlərindən odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şahhüseynli kənd sakinləri Ş.Osmanov və K.Heydərovdan müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Həmçinin rayonun Bıçaqçı kənd sakini P.Bəkirov və Gəlmə kənd sakini N.İsgəndərov isə ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.

# 1116
avatar

Oxşar yazılar