Kəlbəcərə qanunsuz keçmək istəyənlər
27 avqust 2021 16:32 (UTC +04:00)

Kəlbəcərə qanunsuz keçmək istəyənlər

Kəlbəcərə qanunsuz getmək istəyən 5 nəfər MƏHKƏMƏYƏ verildi

Kəlbəcərə qanunsuz keçmək istəyinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, avqustun 23-də Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Bəhrəm Əhmədli, Rəfi Mamedov, Qabil Əhmədov, Ceyhun Məmmədov və Əjdər Əhmədovu saxlayıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Mehman Nəbiyev

Oxşar yazılar