Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ : Prokurorluq işə qarışdı
14 sentyabr 2021 11:53 (UTC +04:00)

Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: Prokurorluq işə qarışdı

Kəlbəcərdə çörək sexində işçilərin əmək hüquqları pozulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə rayonun rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayon Prokurorluğuna müraciət edib.

O bildirib ki, çalışdığı, rayon ərazisində yerləşən çörək sexində əmək hüquqları pozulub.

Müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınaraq, o cümlədən digər zəruri tədbirlər görülüb.

Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapıb və H.Məmmədquluyevin müraciəti təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Mehman Nəbiyev

Oxşar yazılar