Abşeron rayonu, Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisindəki prospektlərdən birində fəaliyyət göstərən obyekt müəyyən ediblər. Obyektə baxış zamanı kafedə olan 7 müştəri və obyektin sahibi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi inzibati protokol tərtib edilib və cərimələniblər.