29 yaşlı qızın kanaldan meyiti  tapıldı
20 oktyabr 2024 10:56 (UTC +04:00)

29 yaşlı qızın kanaldan meyiti tapıldı

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan cəsədin kimə məxsus olması müəyyənləşib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, meyitin 29 yaşlı Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub. Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir.

K. Cəfərovanın hansı səbəbdən Samur-Abşeron kanalına düşdüyü məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972
avatar

Oxşar yazılar