Chevrolet Corvette ZR1 1 milyon dollardan aşağı müasir istehsal avtomobilləri üçün sürət rekordu qoyub və eyni zamanda ABŞ-ın ən sürətli istehsal avtomobillərindən birinə çevrilib.
Lent.az bildirir ki, bu barədə “Interesting Engineering” məlumat yayıb.
Avtomobilin sükanı arxasında oturan “General Motors”un prezidenti Mark Royss deyib: “Corvette ZR1 yüksək sürət rekordu Corvette və Chevrolet üçün əsl zəfər, eləcə də şəxsən mənim üçün həyəcanverici, sürreal təcrübədir”.
Yarışlar Papenburqda (Almaniya) yüksək sürətli trasda baş tutub. Chevrolet iki avtomobildən istifadə edib - hər ikisi 230 mil (370 km/saat) həddini keçib.
Yeni Chevrolet Corvette ZR1 iyul ayında təqdim edilib, tarixin ən güclü Corvette olub. Avtomobil 5,5 litrlik LS7 V8 ikiqat turbo mühərrik alıb və 1064 at gücünə malikdir.
Corvette ZR1-in təxmin edilən maksimal sürəti "cəmi" 346 km/saat olub, lakin Papenburq yarışı avtomobilin daha sürətli gedə biləcəyini sübut edib.