“Jiquli” və “Mercedes” toqquşdu, 2 nəfər... -FOTO -VİDEO
05 sentyabr 2023 01:21 (UTC +04:00)

“Jiquli” və “Mercedes” toqquşdu, 2 nəfər...-FOTO-VİDEO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. 

Belə ki, sürətlə hərəkət edən 90-ZX-236 dövlət nömrə nişanlı  VAZ-2107 markalı avtomobil yolun kənarında dayanan 99-KG-377 dövlət nömrə nişanlı 'Mercedes" avtomobilinə çırpılıb. Nəticədə VAZ-2107 markalı avtomobilin sürücüsü Seyfullayev Özal Səbuhi oğlu və sərnişin Bəşirov Aqil Vəli oğlu xəsarət alıb. Hadisə yerinə dərhal Dövlət yol polisi idarəsinin işçiləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2856

Oxşar yazılar